AZ

Qızılın qiyməti tarixi rekordu yeniləyib

Qızılın qiyməti tarixi rekordu yeniləyib

2025-ci ilin dekabr təslimatlı qızıl fyuçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasının (NYMEX) bölməsi olan "Comex"də 3 700 dolları aşaraq tarixi maksimuma çatıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici son dəfə 2025-ci il sentyabrın 9-da qeydə alınıb.

Ticarət platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 17:40-da qiymətli metalın dəyəri bir troya unsiyası üçün 3 701,2 dollar (+0,48%) təşkil edib. Saat 19:58-ə olan məlumata əsasən isə qızılın qiyməti artımı sürətləndirərək 3 722,2 dollara (+1,05%) yüksəlib və bununla da tarixi maksimumunu yeniləyib.

Seçilən
19
50
afn.az

10Mənbələr