AZ

Norveç XİN Rusiya səfirini çağırıb

Sentyabrın 10-a keçən gecə Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Norveç Xarici İşlər Nazirliyi Rusiya səfiri Nikolay Korçunovu quruma çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Norveç XİN-in mətbuat xidməti məlumat yayıb.

"Norveç Xarici İşlər Nazirliyi Rusiyanın Polşanın hava məkanını sentyabrın 10-na keçən gecə pozmasından sonra Rusiya səfiri ilə danışıqlar aparıb. Görüş zamanı XİN Rusiyanın hərəkətlərinin məsuliyyətsiz və qəbuledilməz olduğunu vurğulayıb", - məlumatda deyilir.

Eyni zamanda, Norveç də müttəfiqləri kimi Polşaya tam dəstəyini ifadə edib.

Seçilən
31
2
operativmedia.az

5Mənbələr