AZ

“Benfika”nın 6 futbolçusu “Qarabağ”la oyuna çıxmayacaq? - FOTOLAR

“Benfika” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”la oyunda 6 futbolçusunun xidmətindən məhrum ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Pərpa prosesini davam etdirən Amar Dedic ilə Dodi Lukebakio, uzun müddətdir zədədən əziyyət çəkən Aleksandr Ba, Manu, Nunu Feliks və Bruma matç öncəsi komandanın son hazırlıq prosesində iştirak etməyiblər.

Onların "Qarabağ"la matçda iştirak edib-etməyəcəyi hələlik məlumat yayıb.

Sabah Lissabonda keçiriləcək “Benfika” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
21
sportinfo.az

1Mənbələr