Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində yerləşən Pankovka kəndini azad ediblər.
Tribunainfo.az xəbər verir ki,bu barədə məlumatı 225-ci ayrı hücum polkunun “Telegram” kanalı yayıb.
Məlumatda bildirilir ki, hücum əməliyyatları zamanı 225-ci ayrı hücum polkunun 1-ci “Qara Qu quşu” adlı batalyonunun qüvvələri kəndi nəzarətə götürüb.
Qeyd olunub ki, Pankovka kəndi Ukrayna Milli Qvardiyasının 1-ci ordu korpusunun məsuliyyət zolağında yerləşir.
Xəbərdə həmçinin azad edilmiş kəndin xəritədə mövqeyi də göstərilib.
İmran Kərimli