AZ

Kadırov qızının siyasətdən getməsindən danışdı

Çeçenistan lideri Ramzan Kadırov böyük qızı Ayşatın siyasətdən getməsini dəstəkləyib.

Milli.Az xəbər verir ki, Kadırov RİA Novosti-yə açıqlamasında bildirib ki, siyasət "tam olaraq qadın işi deyil". Onun sözlərinə görə Ayşat özü hökumət sədrinin müavini vəzifəsindən getmək istədiyini deyib və o da razılıq verib.

Ayşat Kadırova 1998-ci il təvəllüdlüdür, Çeçen Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 2021-ci ildə Çeçenistanın mədəniyyət naziri, 2023-cü ildə isə hökumət sədrinin müavini təyin olunmuşdu.

2025-ci ilin fevralında vəzifədən ayrılan Ayşat bildirib ki, biznes və moda sahəsində fəaliyyət göstərməklə daha çox fayda verə bilər. Hazırda o, anasının yaratdığı "Firdaws" moda evinə rəhbərlik edir.

İsmayıl
Milli.Az

Seçilən
6
3
milli.az

4Mənbələr