AZ

Bakı sakinləri çətin durumda: bunu tapmaq çətinləşir Çıxış yolu

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son vaxtlar Bakıda taksi çatışmazlığı ilə bağlı şikayətlər artıb. Bildirilir ki, günün pik saatları, hətta mülayim hava şəraiti olmasına baxmayaraq sifarişlərin çoxu qəbul edilmir. Bu isə həm sərnişinlərin vaxt itkisinə, həm də ictimai narazılığa səbəb olur.

Paytaxtda taksi çatışmazlığının əsas səbəbi nədir? Problemin həlli üçün hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, əksəriyyət taksilərin sayının çoxluğundan şikayət edir:

İlqar Hüseynli

“Düşünürük ki, bu, normanı aşır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müəyyən qədər uğur əldə edərək, taksi xidmətlərinin sayını artırmaqla yollarda olan digər nəqliyyat vasitələrinin azalmasına nail oldu. Lakin buna baxmayaraq, hələ də sifariş çatışmazlığı müşahidə olunur. Bunun bir əsas səbəb var: tıxac. Bakının və ətraf ərazilərin elə yerləri var ki, bəzi taksi sürücüləri həmin istiqamətlərə getməkdən bilərəkdən imtina edirlər. Müəyyən hallarda bunun tam əsaslı olduğunu deyə bilərik. Çünki kilometrə əsasən müəyyən olunan tariflə sürücünün itirdiyi vaxt arasında ciddi uyğunsuzluq yaranır. Yəni tıxac səbəbindən sürücünün çəkdiyi əziyyət və sərf etdiyi vaxt, aldığı ödənişi kompensasiya etmir. Çıxış yolu tıxac problemi aradan qaldırmaqdır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, adətən belə hallar tətildən sonra yaşanır:

Eldəniz Cəfərov

“Yeni tədris ili başlayanda təbii ki, taksiyə tələb artır. Onların gec gəlməsi həm də tıxacla əlaqəlidir. Bütün təhsil ocaqları Bakıda cəmləşib, belə olan halda sıxlığın müşahidə olunması təəccüblü deyil. Əgər Bakıdan kənarda akademik şəhərcik salınsa, bəzi qurumlar şəhər mərkəzindən kənara köçürülsə və tədbirlər yalnız paytaxtda deyil, digər şəhərlərdə də keçirilsə, bu qədər nəqliyyat yükünə ehtiyac qalmaz”.

Nəqliyyat eksperti Yasin Mustafayev taksi çatışmazlığının təbii olduğunu vurğulayıb:

Yasin Mustafayev

“Hazırda təlabat kəskin şəkildə artıb. Rayonlardan şəhərə çox sayda insan gəlib. Universitetlər, orta məktəblər, bağçalar fəaliyyətə başlayıb. Valideynlər övladlarını məktəbə aparır-gətirir, həmçinin işə gedirlər. Bu səbəbdən taksi tapmaqda çətinlik yaşanması tamamilə normal haldır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr