AZ

Netanyahu: Çin və Qətər İsrailin suverenliyini hədəf alır

Netanyahu: Çin və Qətər İsrailin suverenliyini hədəf alır

İsrailin baş naziri Benyamin Netanyahu Çin və Qətərin ölkəsinin "suverenliyinə hücum təşkil etdiyini" iddia edib və cavab tədbirləri görəcəklərini bildirib.

Onun sözlərinə görə, İsrail təkcə təcrid olunmuş vəziyyətdə deyil, mühasirədədir. "Bu, İranı dəstəkləyən qüvvələr tərəfindən bizə hərbi mühasirə tətbiq etmək və son nəticədə bizi boğmaq cəhdləridir. Biz bu mühasirədən çıxa bildik və bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün bir sıra işlər görməliyik. Onlardan biri Çin, digəri isə Qətərdir. Onlar Qərb dünyasında və ABŞ-da sosial mediada İsrailin legitimliyinə qarşı hücum təşkil edirlər. Biz əks tədbirlər görməli olacağıq və bunu öz qüvvələrimizlə dəf edəcəyik", - deyə o, Qüdsdə amerikalı qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Netanyahu Çin və ya Qətərin İsrailə mənfi təsir göstərə biləcəyi barədə heç bir konkret detal təqdim etməyib. Bununla yanaşı, o, İsrailin hər hansı bir izolyasiyanı aşmaq gücündə olduğuna əminliyini ifadə edib, bunu həm öz potensialına — o cümlədən hərbi istehsal, kəşfiyyat, tibbi və kənd təsərrüfatı texnologiyaları sahələrində — həm də ABŞ-da iki partiyalı konsensusun dəstəyindən istifadə edərək edə biləcəyini vurğulayıb.

Eyni zamanda, Netanyahu İsrailə qarşı bu “blokadanı” Qərbi Avropa ölkələrinin dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu ölkələr Avropada yaşayan “böyük islamçı azlıqların” təsiri altındadır. “Onların səsi eşidilir, bir çoxu siyasi motivlidir, HƏMAS və İranı dəstəkləyirlər, Qərbi Avropa hökumətlərinə təzyiq edirlər. Bu ölkələrin bir çoxu İsrailə münasibətdə müsbət fikirdədir, amma müxtəlif kampaniyaların, etirazların və təzyiqlərin təsiri altında qalır və buna görə də bu blokadanı dəstəkləyirlər. Amma biz bu blokadanı aşa bilərik,” — deyə İsrailin baş naziri qeyd edib.

Seçilən
18
afn.az

1Mənbələr