AZ

“Bavariya” Olisə qiymət qoydu

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bavariya” futbolçusu Mikael Olisin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, Münhen klubu “Liverpul”un hədəfində olan yarımmüdafiəçiyə 115 milyon avro qiymət qoyub. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

2024-cü ilin yayında “Kristal Pelas”dan “Bavariya”ya keçən Olisin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. Mersisayd klubu yay transfer dönəmində cinah hücumçusu üçün danışıqlar aparsa da, razılıq əldə edilməmişdi.

“Liverpul” Olis üçün qışda yenidən hərəkətə keçəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
futbolpress.az

1Mənbələr