AZ

Bolqarıstan Rusiyaya nota verdi

Bolqarıstan Rusiyaya nota verdi

Bolqarıstan Xarici İşlər Nazirliyi 10 sentyabrda hərbi pilotsuz uçuş aparatları (PUA) ilə Polşa hava məkanını pozan Rusiyaya nota göndərib.

Nazirliyin açıqlamasına görə, Xarici İşlər Nazirliyi Siyasi İşlər Baş Direktorunun Gerqana Karadjova tərəfindən Rusiyanın Sofiya səfiri Eleonora Mitrofanovaya təqdim edilən notada Polşanın Bolqarıstanın NATO müttəfiqi və Avropa İttifaqı (Aİ) tərəfdaşı olduğu xatırladılıb.

Açıqlamada qeyd olunub ki, Karadjova səfir Mitrofanovaya Bolqarıstan Respublikasının Polşa hava məkanının qəsdən pozulmasını ən qəti şəkildə pislədiyini, müttəfiqi və tərəfdaşı ilə tam həmrəylik içində olduğunu bildirib.

Bolqarıstanın Rusiyanın məsuliyyətsiz hərəkətlərini Avropa vətəndaşlarının təhlükəsizliyi, regional sabitlik və beynəlxalq sülh üçün təhdid kimi qiymətləndirdiyi vurğulanıb.

Açıqlamada əlavə olunub ki, Bolqarıstan Rusiyanın Ukraynaya əsassız hərbi təcavüzünə qarşı gərginliyi azaltmaq, geniş, ədalətli və davamlı sülh yolu ilə həll tapmaq üçün diplomatik səyləri dəstəkləyir.

Bolqarıstanın Rusiyanın Ukraynaya hücumlarını və Avropa ölkələrinə yönəlmiş təhlükəli təxribatlarını dərhal dayandırmasını tələb etdiyi, həmçinin Rusiyanın davamlı və ədalətli sülhün təmin olunması üçün ilk addım olaraq hərbi əməliyyatları sona çatdırmaq və mənalı danışıqlara ciddi şəkildə qoşulmasının zəruri olduğu bildirilib.

Seçilən
12
afn.az

1Mənbələr