AZ

Türkiyə və Ermənistan Gümri-Qars dəmiryolu üçün razılaşıblar

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistan və Türkiyə arasında Gümri-Qars dəmir yolu açıla bilər. Ermənistan və Türkiyə rəsmiləri razılaşıblar ki, bu dəmiryolu xəttinin açılması üzərində işləsinlər

Bunu Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

Sentyabrın 12-də quru sərhəddən keçərək Yerevana gedən Türkiyənin Ermənistanla əlaqələrin tənzimlənməsi üzrə xüsusi elçisi Serdar Kılıç erməni həmkarı Ruben Rubinyanla görüşüb.

Onların sayca 6-cı görüşü Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton razılaşmasından həftələr sonra baş tutur.

Türkiyə Ermənistanla sərhədi onun Azərbaycanla münaqişəsinə görə uzun illərdir ki, bağlı saxlayıb.

Hazırda hər iki tərəf sərhədləri açmaq və münasibətləri normallaşdırmaq niyyətindədir.

Sərdar Kılıç və Ruben Rubenyan ona da razılaşıblar ki, maraqlı şirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlara başlaması üçün lazımi işlər görülsün və iki ölkə arasında hava yollarının və uçuşların sayın artırılsın.

Hazırda Türkiyə və Ermənistan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları həyata keçirilir.

Seçilən
92
bbc.com

1Mənbələr