AZ

Makqreqor İrlandiya prezident seçkilərindən imtina edib...

...Keçmiş qarışıq döyüş ustası Konor Makqreqor Dublin Şəhər Şurasında çıxış etməsinə bir neçə saat qalmış İrlandiya prezidentliyi yarışından çıxdı, siyasətdəki ilk real sınağı...

SİA xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Makqreqor daha əvvəl demişdi ki, oktyabrın 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq niyyətindədir.

Lakin qeydiyyatdan keçmək üçün namizəd 31 yerli şuradan ən azı dördünün və ya 20 deputatın dəstəyini qazanmalıdır. Döyüşçü hər iki tələbi yerinə yetirə bilmədi.

Dublində şəxsən görünmək əvəzinə, Makqreqor ABŞ-dan bəyanat yayaraq, uğursuzluğu “köhnəlmiş konstitusiya” ilə əlaqələndirdi.

O, zorlama ilə bağlı 2024-cü il mülki iddiasını və məhkəmənin qərarına etiraz etmək üçün uğursuz cəhdini xatırlatmadı.

Makqreqorun real siyasətdə dəstəyi minimal olub. Radikal şura üzvlərindən yalnız bir neçəsi ona rəğbətini ifadə edib, əksəriyyət isə bundan imtina etdiyini bəyan edib.

O, İrlandiyanın 234 deputatından bir səs də ala bilməyib. Son sorğu keçmiş döyüşçünün 2 faizdən az səs topladığını göstərdi və onu "digər" kateqoriyasına qoydu.

ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşməsinə və X-in sahibi İlon Maskdan dəstək almasına baxmayaraq, Makqreqorun kampaniyası İrlandiyanın özündə maraq yarada bilmədi. Namizədlərin yekun siyahısı sentyabrın 24-də son müraciət tarixindən sonra elan ediləcək.

Əli Babayev

Seçilən
17
1
sia.az

2Mənbələr