AZ

Peşə təhsili müəssisələrində yeni tədris ili başlayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də peşə təhsili müəssisələrində yeni tədris ilinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə təhsil alacaq 41 min 429 nəfər tədrisə başlayıb. Onlardan 27 min 21 nəfəri 2025/2026-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanıb.

2025-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə start verilir. Eyni zamanda, cari tədris ilinə hazırlıq məqsədilə peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramları üzrə tədris planlarında müvafiq dəyişikliklər edilib. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən Azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq cari tədris ilində yeni peşə təhsili müəssisələrinin qurulması və maddi-texniki infrastrukturunun yaxşılaşdırılması prosesi də davam edəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 2026-cı ilə qədər Qarabağda 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
azertag.az

3Mənbələr