AZ

Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ!

Son vaxtlar sərnişinlərin ən çox maraq göstərdiyi məsələlərdən biri də "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar parkının yenilənməsi ilə bağlıdır.

Far.Az-in məlumatına görə, Bakı və bölgələr arasında hərəkət edən qatarların sayı, komfort səviyyəsi və yeni vaqonların gətirilməsi barədə cəmiyyətdə tez-tez suallar səslənir.

Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə müraciət etdik. ADY-dən Far.Az-in sorğusuna cavab olaraq bilirildi ki, 2023-cü ildə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı 10 ədəd yeni müasir qatar ölkəyə gətirilib:

"Test yürüşlərindən sonra qatarlar sərnişinlərin istifadəsinə verilib. Hazırda yeni qatarlar Bakı–Qazax–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə fəaliyyətdədir. Yuxarıda qeyd edilən Dövlət Proqramına əsasən, 2025−2030-cu illərdə 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulur".

Orxan Hüseyn

Seçilən
11
far.az

1Mənbələr