AZ

Qərb 2025 təlimlərindən sonra Putinin öz qoşunları ilə bağlı üç senarisi var Bild

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Belarusla Rusiyanın birgə hərbi təlimləri "Qərb-2025” yekunlaşmaq üzrədir və Vladimir Putinin topladığı qüvvələrdən istifadə üçün bir neçə mümkün variantı qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild”  yazır.

Nəşrin hesablamalarına görə, təlimlərə təxminən 30 min hərbçi cəlb olunub və onlar Avropada yeni zərbə riskini istisna etmirlər. Xüsusi qeyd etməyə dəyər ki, "Qərb-2021” manevrlərindən sonra Moskva Ukraynaya genişmiqyaslı işğal başlatmışdı.

"Bild” şərhçisi Peter Tide hesab edir ki, Putinin üç əsas senarisi var:

1. qoşunları Belarusda saxlayaraq Qərbə daimi təhdid amili kimi istifadə etmək;

2. şimal istiqamətindən Ukraynaya hücum etmək;

3. diqqəti Belarus sərhədində cəmləyib başqa yerdə gözlənilməz zərbə endirmək.

Analitik vurğulayır ki, Kreml güc nümayiş etdirir, halbuki NATO hələ də tam hazırlıqlı görünmür. O, misal olaraq sentyabrın 10-da Rusiya dronlarının Polşaya daxil olmasını göstərib – ucuz PUA-ları vurmaq üçün bahalı raketlərdən istifadə edilməli olub.

"Qərb-2025” təlimləri sentyabrın 12-də başlayıb və 16-na qədər davam edəcək. 2021-ci ildə keçirilən oxşar manevrlər Rusiyanın Ukraynaya işğalının başlanğıcı olmuşdu.

"Bild”in digər analitiki Yulian Röpke isə hesab edir ki, bu təlimlərdə ruslar və belaruslar guya "Suvalki dəhlizinin” ələ keçirilməsi əməliyyatını məşq edirlər.

Bununla belə, rusiyalı analitiklər və şərhçilər "Qərb-2025” təlimlərini açıq şəkildə tənqid edirlər. "Defence Blog”un yazdığına görə, onlar Rusiya Müdafiə Nazirliyini Ukrayna müharibəsinin dərslərini nəzərə almadan, qeyri-realist manevrlər keçirməkdə günahlandırırlar.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr