AZ

Avropa Mərkəzi Bankı 50 avroluq əsginaslarda gizli iblis təsviri şayiələrini təkzib edib

Bakı. Trend:

Avropa Mərkəzi Bankı (AMB) 50 avroluq əsginaslarda gizli iblistəsvirinin olması ilə bağlı yayılan şayiələri təkzib edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verirş

Bankdan əsginasların dizaynı hazırlanarkən bu təsvirlərin hərhansı manipulyasiya obyektinə çevrilə biləcəyini nəzərəalmadıqlarını bildirilib.

Söhbət avrozonaya qoşulmağa hazırlaşan bir ölkədə – xüsusiləsosial şəbəkələrdə və bəzi dini qruplar arasında yayılaniddialardan gedir. Həmin iddialarda qeyd olunur ki, guya ümumavropaəsginasları vasitəsilə ölkəyə “şeytanın gəlişi” baş verəcək.

Sosial mediada populyarlaşan videolarda iddia olunur ki, 50avroluq əsginası müəyyən şəkildə qatlayıb güzgüyə tutduqda, guyaorada “buynuzlu iblis” təsvirini görmək mümkündür. Bu iddialarınfonunda Bolqarıstanda ölkədə avronun dövriyyəyə buraxılmasına qarşıhəftəsonu kütləvi etiraz aksiyaları keçirilib.

AMB-dən qeyd edilib ki, avro əsginaslarının dizaynı “Epoxalar vəüslublar” mövzusuna əsaslanır. 50 avroluq pul vahidinin öntərəfində sadəcə pəncərə və qapılar, arxa tərəfində isə xalqlararasında ünsiyyəti simvolizə edən körpülər təsvir olunub.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr