AZ

Bu avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki,Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad,Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir,Bərdə-İsmayıllı, Gəncə-Qazax və əks istiqamətə,Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi,Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi),Bakı-Qubadlı, Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı),Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) -Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə(avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı), eləcə dəpaytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarınımüsabiqəyə çıxarır.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadənxəbər verir.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

"Sənədlər 14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala,Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay,Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın21-də;

Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər,Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncəistiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;

Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın,Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan(Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın28-də;

Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı(Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə(Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə(avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı)istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;

paytaxtın 206 nömrəli (“Elmlər Akademiyası” metrostansiyası -Lökbatan qəsəbəsi), 182 nömrəli (Binə qəsəbəsi - Mərdəkan qəsəbəsi)və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi – Şüvəlan qəsəbəsi)şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-dəbaxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır", - qurumdan əlavə olunub.

Məqalədə:
Seçilən
21
19
az.trend.az

10Mənbələr