AZ

Rheinmetall Lürssen Group-un döyüş gəmiləri bölməsini alır

Rheinmetall Lürssen Group-un döyüş gəmiləri bölməsini alır

Almaniya silah istehsalçısı Rheinmetall Bremen mərkəzli Lürssen Groupun döyüş gəmiləri istehsal edən bölməsini almaq üzrə razılığa gəldiyini açıqlayıb.

Rheinmetall-in açıqlamasına görə, Almaniyanın şimalında yerləşən Bremen liman şəhərində fəaliyyət göstərən Lürssen Group döyüş gəmiləri istehsalçısı Naval Vessels Lürssen (NVL) şirkəti üçün Rheinmetall-in satınalma təklifini qəbul edib.

Bu satınalma ilə Rheinmetall portfelini dənizçilik sahəsində gəmi tikintisini də əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırır. Satınalmanın maliyyə detalları hələ açıqlanmayıb.

Əməliyyatın zəruri icazələr alındıqdan sonra 2026-cı ilin ilk aylarında tamamlanması planlaşdırılır.

Təxminən 150 illik tarixə malik olan NVL-nin Almaniyanın şimalında 4 gəmiqayırma zavodu və dünya üzrə müəssisələri mövcuddur. NVL təxminən 2 100 nəfərə iş imkanları yaradır və indiyədək təxminən 1 000 gəmi tikərək müxtəlif ölkələrin donanma və sahil mühafizə qüvvələrinə təhvil verib.

Xəbərin açıqlanmasından sonra Rheinmetall-in səhmləri 2,4%-dən çox artaraq 1 934 avro səviyyəsinə yüksəlib. 2020-ci ildə isə şirkətin səhmlərinin qiyməti 60 avronun altında olub.

Eyni zamanda, Ukrayna-Rusiya münaqişəsi Avropadakı hökumətləri müdafiə xərclərini artırmağa təşviq edir ki, bu da Rheinmetall-in satışlarının artmasına səbəb olur. Avropa ölkələri Ukraynadakı müharibənin başlanmasından bəri ordularını gücləndirmək üçün yarışırlar.

Almaniyada 6 zavodu olan Rheinmetall təxminən 40 000 nəfərə iş imkanları yaradır. Şirkət həmçinin Kanada, ABŞ, İngiltərə, Avstriya, İsveçrə, İtaliya, Macarıstan, Cənubi Afrika və Avstraliyada istehsal edir. Rheinmetall həm döyüş sursatları, həm tanklar, zirehli nəqliyyat vasitələri, silahlar, həm də hava müdafiə sistemləri istehsal edir.

Ötən ay Rheinmetall Avropanın ən böyük döyüş sursatı fabrikini açıb. Müəssisə 2027-ci ilə qədər ildə 350 000 top mərmisi istehsal edə biləcək.

Seçilən
24
afn.az

1Mənbələr