AZ

Auditorlar Palatasının nümayəndə heyəti Litvada keçirilən beynəlxalq konfransda iştirak edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Auditorlar Palatası tərəfindən Litvanın paytaxtı Vilnüs şəhərində keçirilmiş qurumun fəaliyyətə başlamasının 25 illik yubileyinə və Litvada müstəqil auditor peşəsinin bərqərar olmasının 30 illik yubileyinə həsr edilmiş “30 illik etimad: Litva Auditorlar Palatasının keçdiyi yol və gələcək dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Litva prezidentinin nümayəndəsi, maliyyə naziri, Daxili İşlər Nazirliyi yanında Maliyyə Cinayətlərinin İstintaq Xidmətinin və digər müvafiq nazirliklərin rəhbərləri, Hesablama Palatasının sədri, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və Avropa Mühasibləri Təşkilatının Baş icraçı direktorları, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Şimali və Şərqi Avropa üzrə regional rəhbəri, Litva Auditorlar Palatasının prezidenti və sabiq prezidentləri, habelə Estoniya, İrlandiya və Latviyanın audit və mühasibatlıq qurumlarının nümayəndələri tərəfindən “Litva Auditorlar Palatasının ötən illər ərzində auditin təşkili və tənzimlənməsi”, “30 illik etimad: transformasiyada naviqasiya, gələcək baxışlar”, “Maliyyə hesabatlılığının şəffaflığının və keyfiyyətinin təmin edilməsində müstəqil auditin rolu”, “Avropa İttifaqının korporativ sektor üçün yaşıl və rəqəmsal siyasəti”; “Maliyyə və dayanıqlılıq hesabatına dair islahatların yaratdığı imkanlar”, “Dövlət və korporativ sektor üzrə dayanıqlılıq hesabatı”; “Süni intellekt – mühasibatlıq və audit üçün risklər və imkanlar”, “Cinayət gəlirlərinin leqallaşdırılmasına qarşı mübarizədə auditorların rolu”, “Auditor fəaliyyəti üzərində dövlət nəzarəti” mövzularında məruzələr dinlənilib.

Beynəlxalq konfransda Auditorlar Palatasının sədri Vahid Novruzov tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib, Litva Auditorlar Palatasının prezidentini və əməkdaşlarını yubiley münasibətilə səmimi qəlbdən təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu edib. V. Novruzov “Azərbaycanda auditə gələcək baxış” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda audit qanunvericiliyinin əsasları, Prezident İlham Əliyev tərəfindən dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində həyata keçirilən uğurlu islahatlar, dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsində auditin üzərinə düşən vəzifələr, gənclər arasında auditor peşəsinə marağın artırılması, onların bu peşəyə daha geniş cəlb edilməsi məqsədilə Auditorlar Palatası tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Daha sonra Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “İnnovasiyaların və süni intellektin tətbiqi vasitəsilə auditin təkmilləşdirilməsi istiqamətləri” barədə çıxış edib.

Tədbir çərçivəsində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropa Mühasibləri Təşkilatının, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA), həmçinin Estoniya, İrlandiya və Latviyanın audit və mühasibatlıq qurumlarının və Azərbaycanın Auditorlar Palatasının nümayəndə heyətləri arasında peşənin inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
azertag.az

2Mənbələr