AZ

Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK?

Sentyabrın 15-də bütün ermənilərin katolikosu II Qaregin Vatikana yola düşüb. 

O, səfər çərçivəsində Roma Papası XIV Leo ilə görüşəcək. Katolikosu Gevorgyan İlahiyyat Seminariyasının Aspirantura şöbəsinin müdiri Yepiskop Daniel Findegian müşayiət edir. Onunla yanaşı, nümayəndə heyətində bir qrup din xadimi də yer alır. 

Ermənistanın Baş naziri Nikol Paşinyanla qarşıdurma fonunda baş tutan bu səfər xüsusi diqqət çəkir. Paşinyanla qarşıdurmada olan Qaregin Vatikandan dəstək ala biləcəkmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Paşinyan və II Qaregin arasındakı münaqişə Ermənistanda daxili siyasi böhranın dərinliyini göstərir. 

Onun sözlərinə görə, bu cür kilsə-dövlət qarşıdurmalarında Vatikandan gələn dəstək də Ermənistanın geopolitik təcridini artıra bilər: 

“Ermənistanın konstitusiya dəyişikliyi məsələsi ölkənin daxilidə ciddi mübahisə yaradır. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın regional mövqeyi xeyli zəifləyib. Ölkənin ənənəvi müttəfiqi Rusiyanın əvəzinə Qərbə yönəlmə cəhdləri regional balansı pozur. 

Ermənistanın Azərbaycana qarşı əvvəllər apardığı düşmənçilik siyasəti regionda sabitliyin əsas maneələrindən biridir. Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanın revanşist hissləri hələ də güclüdür”. 

Politoloq qeyd edib ki, İrəvanda hökm sürən populist ritorika xalqı real problemlərdən yayındırır: 

“Ermənistanın qonşularla olan münasibətlərində konstruktiv olmaq əvəzinə ittihamlara əl atmaq üstünlük təşkil edirdi, indi isə bu siyasətdə geri addımlar hiss edilir. Daxili siyasi müxalifətlə hesablaşma cəhdləri demokratiya prinsiplərinə uyğun deyil. Ermənistan rəhbərliyinin xarici siyasətdə tutarsızlığı ölkəni çıxılmaz vəziyyətə salıb”. 

Tural İsmayılov vurğulayıb ki, kilsə institutunun siyasətdən təmizlənməsi cəhdləri Paşinyana qarşı müqaviməti gücləndirir: 

“Ermənistanın tarixi həqiqətləri saxtalaşdırma tendensiyası beynəlxalq aləmdə etibarını sarsıdır. Ölkədə media azadlığının məhdudlaşdırılması demokratik dəyərlərdən uzaqlaşmanın göstəricisidir. Ermənistanın iqtisadi inkişafda geridə qalması siyasi idarəetmənin zəifliyindən irəli gəlir. 

Diasporun siyasətə həddindən artıq müdaxiləsi dövlətin suverenliyinə kölgə salır. Regional əməkdaşlıq layihələrindən kənarda qalmaq Ermənistanın təcridini dərinləşdirir”. 

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr