AZ

Səudiyyə Ərəbistanında ilk atom elektrik stansiyasının tikilişi davam edir

Azertag saytına istinadən ain.az xəbər verir.

Qahirə, 15 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı nüvə enerjisi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməyə maraq göstərir. Krallıq Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində milli nüvə enerjisi layihəsini, o cümlədən ilk atom elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyə davam edir.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Beynəlxalq Atom Enerjisi Agentliyinin 69-cu sessiyasında çıxışı zamanı deyib.

Səudiyyəli nazir bildirib ki, bu layihə ölkənin enerji şaxələndirilməsinə, təmiz enerji təchizatının gücləndirilməsinə, davamlı inkişafın təmin edilməsinə yönəlib. O əlavə edib ki, krallıq bu məsələdə milli maraqlarına uyğun olaraq və beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda, ölkə fövqəladə nüvə və radiasiya hadisələrinə cavabvermə imkanlarının milli və beynəlxalq səviyyədə gücləndirilməsinin vacibliyini dərk edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
azertag.az

4Mənbələr