
Amerika administrasiyası ABŞ Prezidenti Donald Trampın çoxdankı arzusunu reallaşdıraraq Ağ Evdə 200 milyon dollarlıq bal zalının tikintisinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, tikinti briqadaları ümumi sahəsi 8,4 min kvadratmetr olan obyektin tikintisi üçün ərazinin hazırlanması işlərinə başlayıblar.
Digər təfərrüatlar hələ açıqlanmayıb.
Yeni struktur Ağ Evin 1902-ci ildə tikilmiş Şərq Qanadı yaxınlığında yerləşəcək. O, 650 nəfəri qəbul edə biləcək.
Hazırda Ağ Evin ən böyük otağı olan Şərq otağı 200 nəfərlik oturacaq üçün nəzərdə tutulub. Əvvəllər xəbər verildiyi kimi, tikinti Trampın prezidentlik müddəti başa çatana qədər başa çatdırılmalıdır.