AZ

İraqın Baş naziri kollektiv təhlükəsizliklə bağlı təklif irəli sürüb

Apa.az saytına istinadən ain.az xəbər verir.

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani müsəlman ölkələrinə edilən hücumlara qarşı NATO stilində kollektiv təhlükəsizlik yanaşması ilə cavab verilməsinə çağırıb.

APA “Al Jazeera"yə istinadən xəbər verir ki, o Dohada keçirilən Ərəb-İslam sammitində Ərəb-İslam komitəsi yaradılmasını təklif edib.

Sudani tədbirdə iştirak edən nümayəndələri Qətərə edilən hücumu qınamağa və Qəzzada atəşkəs üçün ətraflı yol xəritəsi tərtib etməyə çağırıb.

“İsrailə dayandıra bilməsək, bu qeyri-stabilliyi daha da artıracaq və heç bir tərəf üçün təhlükəsizlik gətirməyəcək”,- İraqın Baş naziri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
3
apa.az

4Mənbələr