AZ

Qurbanovun Elxan Məmmədovu oğlunun toyuna çağırması müzakirə yaratdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, Ağdam klubunun futbolçusu Musa Qurbanovun toyunda futbol ictimaiyyətinin əksər üzvləri ilə yanaşı sürpriz adlar da iştirak edib.

Editor.az  Sportinfo.az-a istinadən xəbər verir ki, AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hazırda FİFA-da vəzifə daşıyan Elxan Məmmədov da dəvətlilər arasında yer alıb.

Nazir və yüksəkvəzifəli məmurların iştirak etdiyi toy məclisinə AFFA rəsmiləri və İcraiyyə Komitəsinin üzvləri də çağırılıblar. Qurban Qurbanovun bir vaxtlar məhz Elxan Məmmədovun təşəbbüsüylə millidən uzaqlaşdırıldığını nəzərə alsaq, sabiq baş katibin dəvəti əksər qonaqlarda təəccüb doğurub. Çünki kuluarlarda bu iki nəfər arasında çoxdandır münasibətin olmadığına dair fikirlər səslənirdi. Elxan Məmmədov məclisdə ondan sonra AFFA-nın baş katibi postunu tutmuş, indi münasibət saxlamadığı Sərxan Hacıyevlə üzbəüz əyləşib.

Seçilən
21
15
editor.az

10Mənbələr