AZ

Azərbaycan Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv olub

Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ) tamhüquqlu üzv qismində qoşulub.

APA-Economics” xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, bu üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə etmək hüququ qazanıb. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.

"Qeyd edilənlər Mərkəzi Banka maliyyə savadlılığı proqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə, məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyə inklüzivliyinin genişləndirilməsinə töhfə verəcək", - bildirilib.

Qeyd edək ki, İƏİTBMSŞ dünyada maliyyə təhsili məsələləri üzrə tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq edən bir platformadır. Bu şəbəkə tərəfindən beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatlar toplanır, siyasət təhlili aparılır və siyasət alətləri hazırlanır.

Seçilən
15
14
apa.az

10Mənbələr