AZ

İstilik mövsümü tez başlaya bilər? -

Havaların tez soyuması əhali arasında mənzillərə istiliyin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı suallar yaradıb. “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, istilik mövsümünün başlanma və bitmə vaxtı müvafiq qaydalarda əksini tapıb. Onun sözlərinə görə, hələ mövsümün başlanmasına iki ay qalır və bu məsələ gündəmdə deyil. Qeyd edək ki, mənzillərdə istilik sistemi hər il 15 noyabrda işə salınır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
29
1
metbuat.az

2Mənbələr