AZ

Türkiyəli aktyor intihara cəhd edib?

Türkiyəli aktyor Ufuk Özkanın intihara cəhd etməsi ilə bağlı iddialar yayılıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, 50 yaşlı aktyorun vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, Özkan 23 saat öncə instaqram hesabında uşaqlıq və indiki halının süni intellektlə düzəldilmiş versiyasını paylaşaraq bu sözləri yazıb: “Biri varmış, biri yoxmuş...”

Xatırladaq ki, U.Özkan uzun müddətdir üçüncü dərəcəli qaraciyər sirrozundan əziyyət çəkir.

O, “Geniş aile”, “Zengin kız, fakir oğlan”, “Kalk gidelim”, “Hayat bazen tatlıdır” kimi seriallarda rol alıb.

 




Seçilən
48
1
redaktor.az

2Mənbələr