AZ

“Hiss edirəm ki, qol vuracam” – Leandro Andrade Portuqaliya mətbuatına danışdı

“Qarabağ”ın vingeri Leandro Andrade “Benfika” ilə Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunundan əvvəl Portuqaliya mətbuatına açıqlama verib. Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu “O Jogo”ya qarşıdakı görüşlə bağlı təəssüratlarını bölüşüb:

-“Eştadio Da Luj”a səfər barədə nə düşünürsüz? “Benfika” ilə oyundan nə gözləyirsiz? 

“Püşkatmadan qabaq deyirdik ki, yaxşı olardı ki, “Benfika” ilə düşək. Ona görə yox ki, rahat rəqib sayırıq, sadəcə “Eştadio Da Luj”da artıq oyun təcrübəmiz var. Həm də komandamızın bir çox oyunçuları vaxtilə Portuqaliyada çıxış ediblər. Mən “Benfika”nın bütün oyunlarına baxıram. Onların daha güclü olduğu dövr də olub. “Qarabağ”ın futbolçusu kimi düşünürəm ki, bizə qarşı kaş elə o səviyyədə olardılar.

-“Benfika” “Qarabağ”dan nə gözləyə bilər?

– “Məşqçimizin özünəməxsus oyun fəlsəfəsi var. Biz harda oynamağımızdan asılı olmaraq, prinsiplərimizə sadiq qalırıq. Topa nəzarət. Topu daha çox yerdə saxlamaq, xətlər arası əlaqə və ən əsası qorxmadan oynamaq, Pressinq, topun ələ keçiriliməsi və sürətli-əks hücumlar. Əsas odur ki, inamlı və cəsarətli oynayaraq öz fəsləfəni həyata keçirə biləsən. Biz həmişə eyni cür oynayırıq. Kiminlə qarşılaşmağımız fərq etməz – “Braqa” olsun, “Tottenhem” və ya “Ayaks”.

-Sizə elə gəlmir ki, daha yüksək reytinqli komandalar “Qarabağ”la qarşılaşanda Azərbaycan futbolu haqqında az məlumata malik olduqlarından özlərini çox yuxarıdan aparırlar?

-Əlbəttə. Yadımdadır ki, “Braqa” ilə oynayanda Portuqaliya kanallarında matçdan öncə futbolçuları müqayisə edəndə ancaq onları seçirdilər. Onların anlayıram, amma bu bizə psixoloji baxımdan təsir etdi və məncə, yaxşı oldu.

 – “Qarabağ” 2023-2024 mövsümündə Avropa Liqasında 1/8 finala kimi irəlilədi və hətta “Bayer Leverkuzen”ə də ciddi müqavimət göstərdi. Amma növbəti mövsüm yeni formatda sonuncu yeri tutduz. Nə baş verdi? 

-Həmin vaxt çox yaxşı oynamışdıq və növbəti mövsüm bu ziyanımıza işlədi. Biz fikirləşməyə başladıq ki, olduğumuzdan da yaxşıyıq. Eqomuz böyüdü. Sonra artıq reallığı görməli olduq. Lakin indi baş verənlər üçün o önəmli il idi.

-“Ferentsvaroş”la matçda bir qol və bir məhsuldar ötürmə verərək komandanın Liqa mərhələsinə vəsiqə qazanmasında önəmli rol oynadın. Eyni senarinin “Luj”da da davam edəcəyini güman edirsən? 

-Bəli, demək olar ki, hər gün (gülür). Mən bu ideyanı ağlımdan hər gün keçirirəm – qol vururam və biz qalib gəlirik. Şənbə günü komanda yoldaşım Kevin Medina ilə aramızda söhbət oldu. Ona da dedim ki, həmişə düşünəndə ki, qol vuracam bu gerçəkləşir.  İndi də məndə belə bir hiss var.

-Sən adətən sağ cinah hücumçusu mövqeyində oynayırsan. Bu dəfə yəqin ki, Samuel Dala qarşı cinahda mübarizə aparmalı olacan. Ona qarşı hansı “silahın” var?

-Mən daha çox sürətimlə seçilirəm.  Dalı tanmıram. Amma o, bizim hücumçulardan (Musa Qurbanlı-red.) biri ilə İsveçdə çıxış edib. Odur ki, mənim artıq üstünlüyüm var (gülür).

Seçilən
10
msport.az

1Mənbələr