AZ

22.000 kilometrlik Avropa metrosu gəlir: Bu ölkələrdən keçəcək

Danimarka mərkəzli yeni layihə Lissabondan Varşavaya, Oslodan Romaya, hətta İstanbul və Kiyevdən keçərək ümumilikdə 22 min kilometrlik xəttlə 39 Avropa şəhərini birləşdirməyi hədəfləyir.

Yenisabah.az xəbər verir ki, layihə Danimarkanın “21st Europe” adlı beyin mərkəzi tərəfindən hazırlanıb. “Starline” adlanan bu şəbəkənin 2040-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur. Məqsəd Avropanın “parçalanmış, qeyri-bərabər və çox vaxt yavaş” dəmir yolu infrastrukturunu yenidən dizayn etmək və hava nəqliyyatı ilə rəqabət apara biləcək ultra sürətli bağlantılar yaratmaqdır.

Layihə 400 km/saat sürətə çatan xətlərlə dəstəklənəcək. Ekspertlər bildirirlər ki, vahid dizayn konsepsiyası vacibdir, çünki hazırda stansiyalar bir-birindən fərqlənir, qatarların dizaynı dəyişkəndir və səyahət çox vaxt təcrübənin bir hissəsi kimi qəbul edilmir. Toyuqlu pizza

Statistikaya görə, 2023-cü ildə 8 milyard sərnişin yüksək sürətli dəmir yolu ilə səyahət edib, lakin bunların yalnız 9%-i transsərhəd səfərlər olub. Avropa İttifaqının TEN-T planları isə 424 böyük şəhəri limanlara, hava limanlarına və dəmir yollarına bağlamağı nəzərdə tutur. Mütəxəssislərin hesablamalarına görə, qısa məsafəli uçuşların sürətli qatarlarla əvəzlənməsi karbon tullantılarını 95%-ə qədər azalda bilər.

Çin təcrübəsi də nümunə göstərilir. Bu ölkədə hər yeni yüksək sürətli dəmir yolu xətti şəhərlərin ÜDM-inə 7,2%-ə qədər əlavə edib. Bundan başqa, dəmir yolu ilə yük daşımaları avtomobil nəqliyyatından dörd dəfə səmərəli olsa da, hazırda yüklərin yalnız 18%-i qatarla daşınır.

Danimarkalı ekspertlərə görə, həqiqətən inteqrasiya olunmuş yüksək sürətli dəmir yolu şəbəkəsi milyonlarla iş yeri yaradacaq və Avropa iqtisadiyyatı üçün güclü katalizator rolunu oynayacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr