ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.
FİFA 2026-cı ildən etibarən beynəlxalq oyun təqvimində dəyişiklik edəcək.
AZXEBER.COM xəbər verir ki, sentyabr və oktyabr aylarında tətbiq olunan ənənəvi fasilələr birləşdirilərək 16 günlük vahid dövrə çevriləcək. Bu müddətdə milli komandaların maksimum 4 oyun keçirməsinə icazə veriləcək. Beləliklə, oktyabr pəncərəsi ləğv olunacaq, noyabr fasiləsi isə əvvəlki kimi qalacaq.
FİFA-nın açıqlamasına görə, bu dəyişiklik milli komandalarla klublar arasında təqvimdəki ziddiyyətləri azaltmaq və oyunçuların yüklənməsini minimuma endirmək məqsədi daşıyır.
Qeyd edək ki, yeni qayda 2026–2030-cu illəri əhatə edən beynəlxalq oyun dövrü üçün nəzərdə tutulub.
Zəfər Hacılı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.