AZ

Cəbrayıl xəstəxanasının tikintisinə 27 milyon manat xərclənəcək

BAKI,15 sentyabr. TELEQRAF

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının üçüncü mərhələ üzrə tikintisi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu mərhələ üzrə tikinti işləri üçün 27 milyon 170 min 541 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Tikinti prosesinə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti nəzarət edəcək.

Qeyd edək ki, xəstəxananın tikintisi ilə bağlı tenderin birinci mərhələsi 2023-cü ildə keçirilib və bu mərhələnin qalibi “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkətə görüləcək işlərə görə 17 milyon 328 min 200 manat ödənilib.

Layihənin ikinci mərhələsi ilə bağlı tender isə 2024-cü ilin iyun ayında elan edilib. Bu mərhələdə də Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən xəstəxananın tikintisi üçün “El-Seym İnşaat” QSC ilə 9 milyon 889 min 264 manat dəyərində müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2023-cü ildə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr