ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Nottingem Forest”in sabiq baş məşqçisi Nunu Eşpiritu Santunun işsiz günləri tez bitə bilər.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Vest Hem” klubunda baş məşqçi postuna əsas namizəddir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu çalışdırıcısı Qrem Potterin işindən razı deyil. Mütəxəssisin yaxın zamanda istefaya göndəriləcəyi gözlənilir.
“Vest Hem” Premyer Liqada 4 turdan sonra 3 xalla 18-ci sıradadır.
Santu ötən həftə “Nottingem Forest” klubundan ayrılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.