AZ

“Antiterror tədbirləri 44 günlük Vətən müharibəsinin davamı idi” - ŞƏRH OLUNDU

“Azərbaycanın 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi antiterror tədbirləri tarixdə uzun zaman təhlil olunacaq hadisədir. Antiterror tədbirləri yalnız hərbi əməliyyat deyil, eyni zamanda geosiyasi tədbirlərdir. Çünki Vətən müharibəsindən sonra antiterror tədbirlərinin keçirilməsi və ölkəmizin içindəki separatçıların məhv olmasının qarşısını almaq istəyən qüvvələr var idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, sözsüz ki, onlar antiterror tədbirlərinin həyata keçirilməsini istisna etmirdilər: “Bütün qüvvələri ilə Azərbaycanın antiterror tədbirlərini həyata keçirməsinə mane olmağa çalışırdılar. Bu sırada Ermənistanın özünün hakim dairələri, Fransa hakimiyyəti, Amerikadakı Bayden hakimiyyəti və digərləri Qarabağda antiterror tədbirlərinin keçirilməsi ehtimalını nəzərə almışdı. Bunun qarşısını almaq üçün isə Azərbaycana təzyiq göstərir, başqa ölkələrin əli ilə Azərbaycanın fəaliyyətini məhdudlaşdırmaq üçün hər bir yola əl atırdılar. Amma Azərbaycan rəhbərliyi və şəxsən ölkə rəhbəri bu tədbirlərin həyata keçirilməsi üçün gərgin siyasi, diplomatik və geosiyasi addım atmalı oldu. Bunların nəticəsi idi ki, antiterror tədbirləri cəmi 23 saat içərisində lazımi nəticəni verdi və dövlətimizin suverenliyi tam təmin oldu. Antiterror tədbirləri 44 günlük Vətən müharibəsinin davamı kimi də qiymətləndirmək olar”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
10
sia.az

1Mənbələr