Sentyabrın 16-sı Oğuz rayonunda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festival çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirə təşkil ediləcək.