Bu ilin ilk 8 ayında Azərbaycana 1 milyard 381 milyon 386 min dollar dəyərində 74 min 481 ədəd avtomobil idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı dəyər ifadəsi ilə 270,5 milyon dollar və ya 24,3%, miqdar ifadəsi ilə isə 15 min 542 ədəd və ya 26,4% artıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 110 milyon 905 min dollar dəyərində 58 min 939 ədəd avtomobil gətirilmişdi.
1 ədəd avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 18 min 547 dollar (31 min 530 manat) olub ki, bu da son bir ildə 302 dollar (513 manat) və ya 1,6% ucuzlaşma deməkdir.