AZ

Tbilisi meri Kaxa Kaladze: Gürcüstanda dövlət çevrilişi etmək müxalifətin yeganə arzusudur

ain.az bildirir, Bizimyol portalına istinadən.

Gürcüstan müxalifəti bir arzu ilə yanır - respublikada dövlət çevrilişi etmək.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.

"Biz bilirik ki, bu insanlar (müxalifət) sadəcə agentləri təmsil edirlər, xaricdən idarə olunurlar və onların yeganə arzuları hansısa yolla dövlət çevrilişi etməkdir. Bu baş verməyəcək", - deyə Kaladze bildirib.

Siyasətçi ölkədə vaxtaşırı keçirilən hökumət əleyhinə mitinqlərə də münasibət bildirib. Merin sözlərinə görə, nümayişlərdə iştirak edənlərə xaricdən də nəzarət olunur. “Bu gərginlik yaratmaq üçün  seçilmiş qrupudur ki, onların yaradılması və formalaşması üçün uzun illər külli miqdarda vəsait xərclənib. Bunlar vətəni olmayan insanlardır, onlar üçün heç nə müqəddəs deyil - nə sevgi, nə də hörmət. Onların yaradılması üzərində xarici qüvvələr çalışıb, qeyri-hökumət təşkilatları adlanan qurumlar vasitəsilə çox böyük vəsait xərclənib”, - deyə Kaladze vurğulayıb.

Gürcüstanda 2024-cü il noyabrın sonu - dekabrın əvvəlində baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanması prosesinin dayandırılması qərarını elan etməsindən sonra kütləvi etirazlar baş verib. Nümayişlər hər gün etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib. Xüsusi təyinatlılar etirazçıları dağıtmaq üçün qaz və su şırnaqlarından istifadə ediblər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr