"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov üçün "Qəbələ" ilə oyun əlamətdar olur.
Offsideplus.az xəbər verir ki, o, bu matçla birlikdə Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb.
A. Hüseynov bu oyunların hamısını "Turan Tovuz"un heyətində keçirib. O, bu görüşlərdə 13 qol vurmağı da bacarıb.
26 yaşlı futbolçu 2022/23 mövsümündən etibarən burada çıxış edir.