Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsi məqsədilə üçüncü mərhələ üzrə tender elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan qiyməti isə 27,17 milyon manat təşkil edir.
Üçüncü mərhələdə xəstəxananın əsas korpusunda təsərrüfat və içməli su boru kəmərlərinin çəkilişi nəzərdə tutulur. Bu çərçivədə müxtəlif diametrli polipropilen və polietilen borularla daxili su təchizatı və istilik sistemlərinin qurulması planlaşdırılıb.
Layihənin tamamlanması ilə Cəbrayıl və ətraf rayonların sakinləri müasir standartlara cavab verən tibb xidmətindən yararlana biləcək, bölgədə səhiyyə infrastrukturunun möhkəmlənməsi isə əhaliyə keyfiyyətli tibbi yardımın göstərilməsinə şərait yaradacaq.