AZ

Bal xarab olmur deməyin: Bunları etsəniz zəhərlənə də bilərsiniz

Lent az saytına istinadən ain.az xəbər verir.

Bal əsrlər boyu heç vaxt xarab olmayan məhsul kimi şöhrət qazanıb.

Bəs görəsən, bal xarab ola bilərmi?

Lent.az xarici mediaya istinadla xəbər ki, düzgün saxlanıldığı halda bal onilliklər, hətta minilliklər boyu yeyilə biləcək vəziyyətdə qala bilər.

Tarixdə bunun təsirli nümunəsi qədim Misir məzarlarında minillik bal dolu küplərin tapılmasıdır. Onlar hələ də yeməli olaraq qalır. Bu fenomen balın unikal kimyəvi tərkibi ilə izah olunur.

Balın uzunömürlü olmasının üç əsas səbəbi

Aşağı su miqdarı – bakteriya və kifin çoxalmasını məhdudlaşdırır.

Yüksək şəkər tərkibi – təbii konservant rolunu oynayır.

Fermentlər – arı və nektardan gələn fermentlər antibakterial xüsusiyyətlərə malikdir.

Bu xüsusiyyətlərə görə bal digər qidalar kimi tez xarab olmur. Amma əlverişsiz şəraitdə onun keyfiyyət müddəti qısala bilər.

Bal nə vaxt “xarab” ola bilər?

Rütubət. Bal asanlıqla suyu hopdurur. Qapağın yaxşı bağlanmaması və ya nəm qaşığın istifadəsi mayalanmaya səbəb olur. Bu zaman turş qoxu və səthdə qabarcıqlar əmələ gəlir.

Temperatur. Çox isti yerlərdə, xüsusən günəş şüası altında saxlanıldıqda fermentlər məhv olur və qida dəyəri azalır.

Çirklənmə. Balın içinə qida qalıqları və yad maddələr düşərsə, dad və keyfiyyət pozula bilər.

Balı düzgün saxlamaq qaydaları

Mütəxəssislər balın uzun müddət keyfiyyətini qoruması üçün sadə qaydaları məsləhət görürlər:

Bankanı möhkəm bağlayın ki, havadan rütubət keçməsin. Balı sərin və qaranlıq yerdə saxlayın, ən yaxşısı 15°C-dən aşağı temperaturda. Bal götürərkən quru qaşıqdan istifadə edin ki, mayalanma riski minimuma insin.

Beləliklə, bal düzgün saxlanıldıqda əsrlər boyu öz təbii keyfiyyətini saxlaya bilən nadir qidalardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
lent.az

1Mənbələr