AZ

Qəbələ bədii gimnastika üzrə Grace of nature turnirinə ev sahibliyi edəcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

2025-ci ilin “İdman Paytaxtı” olan Qəbələ bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq. Yarışda ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər.

Turnir oktyabrın 24-26-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
5
azertag.az

6Mənbələr