AZ

Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafı müzakirə olunub.

Operativ Media xəbər verir ki, müzakirə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşü çərçivəsində baş tutub.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə Azərbaycanın NATO ilə tərəfdaşlığının daha da inkişafı və daha geniş regional gündəmin faydalı müzakirəsinə görə təşəkkürümüzü bildiririk. 2025–2026-cı illərdə Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirəcəklər”, – deyə İsveç səfirliyinin məlumatında qeyd olunub.

Seçilən
22
operativmedia.az

1Mənbələr