AZ

ABŞ dövlət katibi: Fələstinin tanınması HƏMAS-ı daha da cəsarətləndirəcək

BAKI, 15 sentyabr. TELEQRAF

“ABŞ administrasiyası Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını simvolik hesab edir və bu, HƏMAS-ı daha da cəsarətləndirəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio deyib.

“İnsanların və müxtəlif ölkələrin BMT-də gördüyü bütün işlər, ilk növbədə, onların daxili siyasəti ilə müəyyən edilir. İkincisi, bunlar böyük ölçüdə simvolik xarakter daşıyır. Onların bizi Fələstin dövlətinin yaradılmasına yaxınlaşdırmağa qətiyyən heç bir təsiri yoxdur. Onların yeganə təsiri odur ki, HƏMAS-a daha da cəsarət verir”, - Rubio bildirib.

Dövlət katibi qeyd edib ki, ABŞ HƏMAS-ın məhv edilməsi üçün İsrailə dəstək verəcək.

“Siz bizim davamlı dəstəyimizə və bu məqsədə çatmaq üçün öhdəliyimizə arxalana bilərsiniz”, - ABŞ dövlət katibi Netanyahuya müraciətində vurğulayıb.

Rubionun sözlərinə görə, HƏMAS bölgədə sülh və təhlükəsizliyə təhlükə yarada biləcək silahlı qüvvə kimi mövcudluğuna son qoymalıdır.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr