AZ

Alternativlər mütləq olmalıdır Hüquqşünas

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Məlum olduğu kimi, hava limanından şəhər istiqamətində yalnız "London Premium" və "Bolt Airport" kateqoriyalı taksilər fəaliyyət göstərəcək. Bildirilir ki, bu taksilərlə gediş haqqı da 20 manatdan başlayacaq. Dünyanın bir çox məşhur, orta və kiçik aeroportlarında adətən taksi və logistika xidməti belə təşkil olunur. Metro və ya qatarlarla, avtobus, trolleybus və tramvay, taksi. Bir qayda olaraq aeroprtlar açıq tender keçirir və bu tenderi bir neçə ildən bir təkrar edir. Həmin tenderin qalibi olan taksi xidməti aeroportun taksi xəttindən istifadə hüququ əldə edir. Digərləri həmin xəttə yalnız sərnişin gətirərkən daxil ola bilir. Sərnişin düşdükdən sonra isə başqa sərnişin götürmədən xətti tərk edir”.  

Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov 525.az-a bildirib. Onun dediyinə görə, bir çox aeroportlarda bir qədər kənarda meydança olur və həmin yerdə digər taksilər, gözləyən nəqliyyat vasitələri sərnişinləri götürə bilir. Ola bilsin bəzilərində digər taksilərə aeroport ərazisindən kənarda sərnişin götürməyə icazə verilir:

“Fikrimcə, Azərbaycanda da bu təcrübədən yararlanmalıdır. Bütün hallarda alternativlər olmalıdır. Özü də yalnız taksi yox, ictimai nəqliyyat növlərinin ən azı bir neçəsi”.

Sevinc QARAYEVA

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr