AZ

Tramp Rusiyanı təcavüzkar adlandırdı

ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsində Rusiyanı açıq şəkildə təcavüzkar adlandırıb.Metbuat.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Tramp jurnalistlərlə söhbətində hər iki tərəfin itkilərindən danışarkən bildirib:“Bu həftə hər iki ölkədən 8 min əsgər həlak olub. Rusiyadan bir qədər çox. Amma sən təcavüzkarsansa, daha çox itki verirsən”.

Qeyd edək ki, Tramp əvvəllər Rusiyanın işğalını qınamaqdan imtina etmiş, administrasiyası isə BMT və G7-nin Moskvaya qarşı bəyanatlarına qarşı çıxmışdı.

Seçilən
19
metbuat.az

1Mənbələr