AZ

Ağ Ev: Putin müharibəni uduzur

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Rusiya Ukraynadakı müharibəni udmur, əksinə uduzur.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirib. Onun sözlərinə görə, Rusiya faktiki olaraq döyüş meydanında üstünlük qazanmır.

“Rusiya qalib gəlirmi? Bu çox gözəl sualdır, çünki prezident Tramp təxminən altı həftə əvvəl Oval kabinetdə mənə eyni sualı verdi. Mən də dedim: Cənab prezident, mənə qulaq asmayın. Sizin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn çöldə gözləyir. Onu içəri çağırın və bu barədə ən yaxşı hərbi müşavirinizdən soruşun”, – Kelloq qeyd edib.

Onun sözlərinə görə, həm o, həm də Den Keyn Trampa eyni cavabı veriblər: reallıqda Rusiya bu müharibəni uduzur.

“Kreml qalib gəlsəydi, Putin artıq Kiyevdə, Dneprdən qərbdə və Odessada olardı, həm də Ukrayna hökumətini dəyişərdi. Əslində isə Rusiya bu müharibəni uduzur”, – Kelloq vurğulayıb.

ABŞ prezidenti Donald Trampın da Rusiyaya münasibəti dəyişməkdədir. O, bazar günü ilk dəfə olaraq Rusiyanı Ukraynaya qarşı müharibədə “təcavüzkar” adlandırıb.

“Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyanın itkisi bir qədər çoxdur. Sən təcavüzkarsansa, daha çox itki verməli olacaqsan”, – Tramp bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
icma.az

2Mənbələr