AZ

Sabiq prezidentin təhlükəsizlik qüvvələri qəza törədib

Sentyabrın 13-də Odessada Yevreyska və Karavanski küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, “İnformator” nəşrinin məlumatına görə, qəzalardan birinə Ukraynanın beşinci prezidenti, xalq deputatı Pyotr Poroşenkonun mühafizə xidmətinə məxsus avtomobil qarışıb.

Məlumata əsasən, Poroşenkonun mühafizəçisi Steblovskinin rəisini daşıyan yolsuzluq avtomobili işıqforun qırmızı işığında hərəkəti davam etdirərək, qadının idarə etdiyi digər maşına yüksək sürətlə çırpılıb. Zərbənin gücü nəticəsində qadının avtomobili aşıb.

Hadisə şahidlərinin iddiasına görə, qəza baş verdikdən sonra Poroşenkonun mühafizə rəisi hər iki avtomobilin dövlət nömrə nişanlarını çıxarıb.

Qəza ilə bağlı nə Poroşenko, nə də onun nümayəndələri rəsmi açıqlama verməyiblər.

Xəbər 3 dəfə oxunub.
Seçilən
32
xezernews.az

1Mənbələr