AZ

Dil və ünsiyyət bacarıqlarının pozulması bu xəstəliyin əlaməti ola bilər - DİQQƏT

Alzheimer xəstəliyi təkcə yaddaş itkisi ilə deyil, dil və ünsiyyət bacarıqlarının pozulması ilə də özünü göstərə bilər.

Yenisabah.az xəbər verir ki, Biruni Universitetinin Dil və Nitq Terapiyası kafedrasının müdiri, Dr. Fenise Selin Karalı bildirir ki, dil dəyişiklikləri Alzheimerin erkən mərhələlərində diaqnoz və xəstəliyin gedişatının izlənməsi üçün mühüm göstəricidir.

Karalı qeyd edir ki, söz tapmaqda çətinlik, danışıq qabiliyyətinin zəifləməsi və erkən dil problemləri bilişsel geriləmənin əlaməti ola bilər. Erkən dil və nitq terapiyası fərdin ünsiyyət bacarıqlarını qorumağa, sosial əlaqələri saxlamağa və həyat keyfiyyətini yüksəltməyə kömək edir. Dördpendirli pizza

Xəstəliyin sonrakı mərhələlərində isə udma funksiyaları da pisləşə bilər. Disfagiya adlanan bu vəziyyət təhlükəli ola bilər, buna görə nitq və dil terapevtləri həm ünsiyyət, həm ağız-motor, həm də udma bacarıqlarını qiymətləndirir.

Biruni Universitetinin Dil və İdrak Laboratoriyasında Alzheimer və digər neyrodejenerativ xəstəliklərlə bağlı dil dəyişiklikləri araşdırılır. Məqsəd dilin diaqnostik və müdaxilə vasitəsi kimi istifadəsini göstərmək və klinik praktikaya töhfə verməkdir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
62
yenisabah.az

1Mənbələr