Bakı. Trend:
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzindəşagird və gənclərin biliklərinin artırılması, dünyagörüşləriningenişləndirilməsi, eləcə də sosial fəallıqlarının dəstəklənməsiməqsədilə bir sıra maarifləndirici təlimlər keçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, ilk təlimi mərkəzin direktoru və təlimçi ÇiçəkHüseynova “Gender bərabərliyi və erkən nikah” mövzusundaaparıb.
Gənclərə erkən nikahın mənfi nəticələri, təhsildən kənardaqalmaq, sosial inkişafın məhdudlaşması, insan hüquqlarınınpozulması kimi mövzular barədə ətraflı məlumat verilib.
Növbəti təlimi Gürcüstan Azərbaycanları İnteqrasiya Mərkəzinintəlimçisi Anar Mustafayev “Süni intellekt və onun əhəmiyyəti”mövzusunda keçib. Təlim iştirakçıları süni intellektin mahiyyəti,gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolubarədə geniş bilgilər əldə edib, mövzu ətrafında müzakirələraparıblar.
“İngilis dilini daha asan öyrənməyin yolları” mövzusunda təşkilolunan təlimdə isə xarici dil öyrənmənin effektiv üsulları, yaddasaxlama texnikaları və gündəlik praktik məşqlərin əhəmiyyəti barədəfaydalı məqamlar təqdim olunub.
Təlimlərin sonunda iştirakçılar öz təəssüratlarını bölüşüb,qazandıqları bilik və bacarıqları gələcəkdə necə tətbiq edəcəkləribarədə fikir mübadiləsi aparıblar.
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində həyata keçirilən butəşəbbüslər gənclərin fərdi inkişafına dəstək verməklə yanaşı,onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasınatöhfə verməyi hədəfləyir.