AZ

Sabahın havası: yağış yağacaq

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var

Azərbaycanda sentyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Gecə 15-18, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
49
ayna.az

10Mənbələr