AZ

Xankəndidə təxribat və bizim diqqətimiz... Təhlükə hər an gözlənilməz şəkildə ortaya çıxa bilər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Xankəndidə baş verən son hadisə bir daha göstərdi ki, təhlükə hər an gözlənilməz şəkildə ortaya çıxa bilər. 1967-ci il təvəllüdlü erməni əsilli sakin Karen Avanesyanın silahlı təxribat cəhdi polis əməkdaşlarımızın ayıqlığı və çevikliyi sayəsində qarşısı alındı.

Görüntülər göstərir ki, Avanesyan əvvəlcədən “Kalaşnikov” avtomatı, patronlarla dolu sandıqçalar və əl qumbaralarını gizlədərək təxribat planlayıb. Lakin polis əməkdaşlarımızın diqqətli və operativ müdaxiləsi nəticəsində onun planı baş tutmadı.

Hadisə zamanı Avanesyan polisə silahlı müqavimət göstərdi, cavab atəşi nəticəsində yaralandı. Bir polis əməkdaşı da əməliyyat zamanı xəsarət aldı. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti dərhal cinayət işi qaldıraraq əməliyyat-istintaq tədbirlərini başlatdı.

Bu hadisə bir daha göstərdi ki, təhlükəsizliyimizi qorumaq təkcə qanunvericiliyə deyil, həm də peşəkar, ayıq və çevik polisimizin fəaliyyətinə bağlıdır. Polis əməkdaşlarımızın operativliyi sayəsində potensial faciənin qarşısı alındı və Xankəndidə sabitlik qorundu.

Təhlükəsizlik hər birimizin məsuliyyətidir, amma unutmaq olmaz ki, ayıqlığı və çevikliyi ilə polisimiz hər zaman hazırdır və bizim üçün həyat qurtaran ən vacib dəstəkdir. Bu hadisə həm də ictimaiyyət üçün bir xatırlatmadır: diqqətli olmaq və şübhəli hallara laqeyd yanaşmamaq həyati önəmlidir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr