AZ

Gürcüstanda məşhur fırıldaqçı saxlanılıb | VİDEO

AzVision.az Gürcüstanın Daxili İşlər nazirliyinin məlumatına istinadən xəbər verir ki, Simon Levayevin saxlanılması barədə İnterpolun “qırmızı order”i mövcuddur.

35 yaşlı İsrail vətəndaşı Batumi hava limanında saxlanılıb. O, bir sıra cinayətlərdə ittiham əsasındaaxtarışa verilib.

“Levayev “Tinder” proqramı vasitəsilə qadınlarla tanış olub, özünü almaz maqnatının varisi kimi təqdim edib. Bu yolla qnların etimadını qazanan İsrail vətəndaşı onlardan külli miqdarda pul qoparmaq üçün müxtəlif üsullardan istifadə edib”,- istintaqın materiallarında bildirilir.

Onun fəaliyyətinin miqyası geniş ictimaiyyətə 2022-ci ildə Simon Levayevlə bağlı real cinayət işlərinə əsaslanan Netflix sənədli filminin nümayişindən sonra məlum olub.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
51
azvision.az

1Mənbələr